• Qərb
  • 3 Mart 22:12
  •  944

Vatikan Papa Fransiskin səhhətinin vəziyyəti ilə bağlı son məlumatları paylaşıb

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk son illər səhhətində problemlər yaşayır.

Roma Papası fevralın əvvəlində aldığı ağır bronxit səbəbindən 18 gündür Romadakı Gemelli Xəstəxanasındadır.

Vatikan ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın səhhətinin vəziyyəti ilə bağlı məlumat verib.

Vatikanın rəsmi nəşrlərindən olan Vatikan Xəbər saytının məlumatına görə, məlumatda Papanın səhhətinin bu gün stabil olduğu və gecələr rahat yatdığı bildirilib.

Papanın son günlər istifadə etdiyi mexaniki ventilyasiyaya ehtiyac olmadığı, lakin uzun müddət yüksək axınlı oksigen terapiyası almağa davam etdiyi və qızdırmasının olmadığı bildirilib.

Mövsüm

Aznews.az