Serbiya parlamentində tüstü bombası atılıb, davamında isə dava düşüb

Serbiyada müxalifət partiyasının deputatları parlamentin ilk yaz sessiyası zamanı parlamentin zalında tüstü bombaları yandıraraq dava salıblar.

Bu barədə Tanjuq agentliyi məlumat yayıb.

İğtişaşlara səbəb gündəliyin təsdiqi, o cümlədən parlamentin spikeri Ana Brnabiçə etimad səsverməsi olub. Otağın tüstü ilə dolmasına baxmayaraq, deputatlar dəsmallarını çıxararaq iclası davam etdiriblər.

Bundan başqa, kimsə Brnabiçin üzərinə su töküb, bundan sonra deputatlar arasında dava düşüb. Üç nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Mövsüm

Aznews.az