- Qərb
- 20:21
- 931
Serbiya parlamentinin iclasında iğtişaşlar zamanı üç qadın deputat yaralanıb

Serbiyada parlamentin ilk yaz sessiyası zamanı baş verən davada 3 qadın deputat xəsarət alıb.
Bu barədə “Kurir” nəşri məlumat yayıb .
Belə ki, başlayan iğtişaşlar nəticəsində 63 yaşlı Jasmina Obradovic insult keçirib. Hazırda onun vəziyyəti ağırdır və həkimlər ona lazımi köməklik göstərirlər.
Yasmine Karanac tüstü bombası ilə başından yaralanıb. Onun ağır bədən xəsarətləri aldığı qeyd edilir.
Mövsüm
Aznews.az