• Qərb
  • 4 Mart 21:31
  •  848

Trüdo: ABŞ Kanadaya qarşı ticarət müharibəsinə başlayıb

Amerika Birləşmiş Ştatları tarifləri tətbiq etmək qərarı ilə Kanadaya qarşı ticarət müharibəsinin başladığını elan etdi.

Bu barədə Kanadanın baş naziri Castin Trüdo məlumat verib.

"Bu gün ABŞ ən yaxın tərəfdaşı və müttəfiqi olan Kanadaya qarşı ticarət müharibəsi başlatdı",- deyə Trüdo Ottavada mətbuat konfransında jurnalistlərə bildirib.

O, həmçinin Kanadanın 21 gün ərzində ABŞ- dən idxal edilən 125 milyard dollara 25 faizlik tariflər tətbiq edəcəyini açıqlayıb.

Mövsüm

Aznews.az