• Qərb
  • 4 Mart 21:36
  •  1 125

Zelenski Ağ Evdə Trampla söhbətinə görə təəssüfləndiyini bildirib

Ukrayna prezidenti Volodimir Zelenski Oval kabinetdə onunla ABŞ prezidenti Donald Tramp arasında baş verən şifahi mübahisədən təəssüfləndiyini bildirib.

“Cümə günü Vaşinqtonda, Ağ Evdə görüşümüz gözlənildiyi kimi keçmədi. Təəssüf ki, bu cür oldu. "Hər şeyi düzəltməyin vaxtıdır" deyə Ukrayna lideri X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Bundan əlavə, Zelenski öz bəyanatında qeyd edib ki, o və komandası davamlı sülhə nail olmaq üçün Trampın rəhbərliyi altında işləməyə hazırdır.

Mövsüm

Aznews.az