- Qərb
- 4 Mart 21:40
- 997
Vens: Ukraynanın təhlükəsizliyi ABŞ-nin iqtisadi maraqlarından kənardadır

ABŞ-nin vitse-prezidenti JD Vens Şon Hannitinin aparıcısı olduğu "Fox News" telekanalında açıqlama verib.
"(Ukrayna) Əgər həqiqətən təhlükəsizliyə zəmanət vermək istəyirsinizsə, Ukraynanın gələcəyi üçün ən yaxşı təhlükəsizlik zəmanəti amerikalılara iqtisadi üstünlüklər verməkdir", - vitse-prezident Vens bildirib.
"Bu, 30 və ya 40 ildə müharibə görməmiş adi bir ölkədə 20,000 əsgərdən daha yaxşı təhlükəsizliyə zəmanətdir", - deyə Vens qeyd edib.
"Burada əsl planın nədir?" "Rusiya-Ukrayna müharibəsini əbədi olaraq maliyyələşdirə bilməzsiniz", - deyə Vens vurğulayıb.
Həmçinin bildirək ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski cümə günü Oval kabinetdə görüş zamanı kameralar qarşısında mübahisə edib, bundan sonra birgə mətbuat konfransı ləğv edilib. Zelenski daha sonra Ağ Evi tək tərk etmişdi və nadir torpaq sazişi imzalanmamışdı.
Tramp Zelenskinin “Amerika xalqına hörmətsizlik etdiyini ” iddia edərkən , Zelenski isə üzr istəyəcək heç bir səhv etmədiyini deyib.
Bu gün Trampın Ukraynaya hərbi yardımı müvəqqəti dayandırdığı açıqlanıb.
Mövsüm
Aznews.az