- Qərb
- 6 Mart 09:59
- 1 881
WSJ: Tramp martın 6-da ABŞ Təhsil Nazirliyini ləğv edəcək

ABŞ prezidenti Donald Tramp martın 6-da ölkənin Təhsil Departamentini ləğv etmək üçün fərman verməyi planlaşdırır.
Bu barədə "Wall Street Journal" ( WSJ ) məlumat yayıb.
Qəzet mənbələrə istinadən xəbər verir ki, "Prezident Trampın cümə axşamı Təhsil Departamentinin ləğvi ilə bağlı sərəncam verəcəyi gözlənilir".
İddia olunur ki, artıq hazırlanmış fərman layihəsi martın 4-də bu vəzifəyə təyin edilmiş hazırkı təhsil naziri Linda MakMahondan idarəsinin “bağlanmasını asanlaşdırmaq üçün bütün lazımi addımları atmağı” tələb edir.
Mövsüm
Aznews.az