- Qərb
- 10:31
- 1 505
Macarıstanlı siyasətçi Fiko və Orbanı Ukraynaya yardıma veto qoymağa çağırıb

Macarıstan və Slovakiya Avropanın enerji təhlükəsizliyinə təhdidlərə görə Ukraynaya yardıma veto qoymalıdır.
Bu barədə Macarıstan Milli Razılıq hərəkatının lideri Yanoş Molnar-Qazso məlumat verib.
“Mən çox ümid edirəm ki, Macarıstan və Slovakiya bu yeni silah yardımına veto qoyacaqlar”, o, bildirib .
O, ölkələrin əsas qazı aldıqları “Türk axını” boru kəmərinə hücum etmiş dövləti niyə dəstəkləməli olduğunu sual edib. Siyasətçinin fikrincə, Ukrayna Avropa dövlətinin enerji təhlükəsizliyini təhdid edir.
Mövsüm
Aznews.az