• Qərb
  • 6 Mart 20:43
  •  751

AB administrasiyasından Ukraynaya tam dəstək

Ukrayna Avropada gündəmdədir...

Brüsseldə Avropanın müdafiəsi və Ukrayna ilə bağlı fövqəladə sammit keçirilir.

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və sammitə xüsusi dəvət olunmuş Ukrayna Prezidenti Volodimir Zelenski sammitin girişində mətbuat nümayəndələrinə açıqlamalar veriblər.

Kosta bildirib ki, Avropanın təhlükəsizliyi və müdafiəsi Ukraynadan ayrı düşünülə bilməz və Aİ müharibənin ilk günündən bu yana olduğu kimi bu ölkəni Aİ üzvü olana qədər dəstəkləməyə davam edəcək.

"Biz Avropa və ailəmizin bir hissəsi olan Ukrayna üçün dönüş nöqtəsindən keçirik",- deyə Leyen qeyd edib.

“Avropa açıq və təhlükə ilə üz-üzədir.Buna görə də Avropa özünü qorumalı və müdafiə etməli, həmçinin Ukraynanı özünü qoruyacaq vəziyyətə salmalı və davamlı və ədalətli sülh üçün səy göstərməlidir" ,- deyə Leyen vurğulayıb.

Mövsüm

Aznews.az