• Qərb
  • 6 Mart 22:33
  •  1 486

Bloomberg: ABŞ Ukraynadan Rusiya ilə tezliklə atəşkəslə razılaşmağı tələb edir

ABŞ mineral ehtiyatlar üzrə sazişin imzalanmasının şərti kimi Ukraynadan Rusiya ilə tezliklə atəşkəslə razılaşmağı tələb edir.

"Bloomberg" bu barədə mənbələrə istinadən məlumat yayıb.

Xəbərdə deyilir ki, Vaşinqton ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə keçən həftə Oval kabinetdə mübahisə etdikdən sonra dayandırılmış təbii sərvətlərlə bağlı razılaşmanı Ukrayna liderinin atəşkəs istiqamətində real addımlara və Moskva ilə danışıqlara razılıq verəcəyi təqdirdə tamamlamağa hazır olduğuna işarə edib .

“Son günlərdə Tramp administrasiyasının bir neçə rəsmisi bildirib ki, mineral sövdələşmə ABŞ prezidentinin Ukraynaya sülh gətirmək planını həyata keçirmək üçün kritik komponent və addımdır”.

Mövsüm

Aznews.az