Tramp: Qrenlandiyanı bizim bir hissəmiz olmağa dəvət edirik

ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ölkəsinə birləşdirmək arzusunu növbəti dəfə dilə gətirib.

“Truth” sosial media platformasında açıqlama verən Tramp ABŞ Konqresindəki çıxışını xatırladıb və “Çıxışımda açıqladığım kimi, Birləşmiş Ştatlar Qrenlandiya xalqının öz gələcəklərini təyin etmək hüququnu güclü şəkildə dəstəkləyir ” deyib .

Qrenlandiya xalqına "İkinci Dünya Müharibəsindən bəri olduğu kimi, sizi təhlükəsiz saxlamağa davam edəcəyik" sözləri ilə çıxış edən Tramp, "Yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq. Əgər seçsəniz, sizi yer üzündəki ən böyük dövlətin, Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmağa dəvət edirik" deyə vurğulayıb.

Mövsüm

Aznews.az