- Qərb
- 16:52
- 1 577
Münhendə tramvay ilə avtobusun toqquşması nəticəsində 11 nəfər yaralanıb

Almaniyanın Münhen şəhərində tramvayla uşaqları daşıyan avtobusun toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
Bu barədə Merkur.de qəzeti məlumat yayıb .
“Qəza nəticəsində 9-u uşaq olmaqla, ümumilikdə 11 nəfər yaralanıb”, – nəşr bildirib.
Yaralılar arasında müəllim və avtobus sürücüsü də var. Yanğınsöndürənlərin verdiyi məlumata görə, onlar ağır bədən xəsarətləri alıb. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Mövsüm
Aznews.az