Bloomberg: ABŞ Kiyevin qismən sülh razılaşması ilə bağlı danışıqlar aparmaq istəyir

Bloomberg xəbər verir ki, Kiyev və Vaşinqton nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlar Amerika lideri Donald Tramp administrasiyasının Ukrayna prezidenti Volodimir Zelenskini qismən atəşkəs əldə etməyin zəruriliyinə inandırmaq üçün növbəti məntiqli cəhd olacaq.

Məqalədə vurğulanır ki, uzunmüddətli perspektivdə bu yanaşma tərəflərə uzunmüddətli sülh müqaviləsi imzalamaq barədə razılığa gəlməyə imkan verəcək.

Əgər belə bir razılaşma əldə olunarsa, Vaşinqton bu yaxınlarda Kiyevə qarşı tətbiq edilən məhdudiyyətləri aradan qaldırmağı düşünə bilər. Bundan əlavə, Tramp administrasiyası artıq Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün danışıqlar aparır.

Mövsüm

Aznews.az