• Qərb
  • 10 Mart 21:52
  •  1 297

Starmer Trampa ABŞ-nin Kiyevə məlumat ötürülməsini bərpa edəcəyinə ümid etdiyini bildirib

Britaniyanın baş naziri Keir Starmer ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşündən sonra ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsinin bərpa olunacağına ümid etdiyini bildirib.

“Baş nazir Britaniya rəsmilərinin bir həftədir ki, ukraynalı həmkarları ilə əlaqə saxladığını və onlar davamlı sülhə sadiq olduqlarını söylədi”, - Starmerin ofisi mətbuata açıqlamasında bildirib .

Bundan əlavə, Böyük Britaniyanın baş naziri ilə Amerika liderinin Starmerin Ağ Evə səfəri zamanı müzakirə edilən iqtisadi razılaşmanı müzakirə etdiyi bildirilir.

Mövsüm

Aznews.az