• Qərb
  • 11 Mart 21:09
  •  1 085

NATO baş katibi Rutte: Ukraynaya qoşun göndərmək üçün alternativ var

Atəşkəsdən sonra Ukraynanın təhlükəsizliyini təmin etməyin ölkəyə sülhməramlıların göndərilməsindən başqa yolları var.

Bu barədə NATO-nun baş katibi Mark Rutte Priştinaya səfəri çərçivəsində mətbuat konfransı zamanı bildirib.

“Yaxşı ki, Fransa və Böyük Britaniya təşəbbüs göstərdilər ki, Ukraynada atəşkəs əldə edildikdə, təhlükəsizlik təminatı məsələsi ortaya çıxacaq. Mümkün yollardan biri Avropa quru qüvvələrini Ukraynaya göndərməkdir, lakin bunun başqa yolları da var”, - Rutte NATO-nun YouTube kanalında yayımlanan çıxışında bildirib.

NATO-nun baş katibi də ABŞ prezidenti Donald Trampdan sitat gətirərək , sülhün hələ əldə olunmadığını deyib.

Mövsüm

Aznews.az