- Qərb
- 11 Mart 21:23
- 1 155
Almaniyada tətildən sonra hava limanlarında uçuşlar bərpa edilib

Almaniyada 13 hava limanında 24 saatlıq xəbərdarlıq tətilindən sonra bu səhər hava hərəkəti bərpa edilib.
Ölkənin ən böyük hava limanlarından biri olan Frankfurt Hava Limanı uçuş əməliyyatlarının səhər saat 5-dən normal şəkildə davam edəcəyini, Berlin Hava Limanında isə uçuşlar səhər saat 5:30-da başladığını açıqlayıb.
Birləşmiş Xidmətlər Birliyi (Ver.di) ilə əlaqəli dövlət qulluqçuları və yerüstü xidmət işçilərinin 24 saatlıq xəbərdarlıq tətili əksər uçuşları dayandırmışdı.
Bütün gün iş dayandırılması ölkənin ən işlək hava limanları olan Frankfurt və Münhen, eləcə də Köln/Bonn, Düsseldorf, Ştutqart, Dortmund, Hannover, Bremen, Hamburq, Berlin və Leypsiq-Halledə baş verib.
Ver.di-nin çağırışı ilə ölkədəki 11 hava limanında tətillə yanaşı Weeze və Karlsruhe/Baden-Baden hava limanlarında çalışan təhlükəsizlik işçiləri də maaş mübahisəsinə görə 24 saatlıq xəbərdarlıq tətili keçiriblər.
Almaniya Hava Limanları Assosiasiyasının (ADV) hesablamalarına görə, ölkə üzrə 3500-dən çox reys ləğv edilib və bu, təxminən 560 min sərnişinə təsir edib.
Mövsüm
Aznews.az