- Qərb
- 11 Mart 23:59
- 3 412
Kiyev ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır

Kiyev ABŞ-nin Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır.
Aznews.az xəbər verir ki, bu barədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanındakı danışıqların nəticələri ilə bağlı birgə bəyanatda bildirilib.
Qeyd edilib ki, Vaşinqton Ukraynaya yardımı və kəşfiyyat məlumatlarının mübadiləsinə qoyulan məhdudiyyəti dərhal aradan qaldıracaq.