- Qərb
- 17:16
- 712
ABŞ məhkəməsi Luiziana ştatında ilk azot qazı edamını dayandırıb

ABŞ Dairə Məhkəməsinin hakimi Şelli Dik Luiziana ştatında azot qazından istifadə edərək edamların həyata keçirilməsinin qarşısını alan ilkin qərar çıxarıb.
Bu barədə "CBS News" xəbər departamenti məlumat yayıb.
“Federal hakim gələn həftə baş tutmalı olan azot qazından istifadə etməklə Luiziana ştatının ilk edamını dayandırıb”, - nəşr bildirib.
Hakim qeyd edib ki, işə mahiyyəti üzrə baxılana qədər edamın dayandırılması ictimai maraqlara uyğundur. O, həmçinin vurğulayıb ki, sərəncam vətəndaşların konstitusiya hüquqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mövsüm
Aznews.az