- Qərb
- 12 Mart 22:19
- 1 424
The Times: Demokratların Qrenlandiyadakı qələbəsi Trampı məyus edib

Adanın tədricən müstəqillik əldə etməsinin tərəfdarı olan Qrenlandiya Demokratlar Partiyasının parlament seçkilərində qələbəsi onu göstərdi ki, yerli sakinlər Amerika lideri Donald Trampın istədiyi kimi Qrenlandiyanın ABŞ-nin bir hissəsi olmasını istəmirlər.
Bu barədə Britaniyanın “The Times” qəzeti yazıb .
Martın 11-də Qrenlandiya parlamentinə seçkilər keçirilib. Demokratlar 29,9% səs toplayıb ki, bu da 2021-ci illə müqayisədə 9% çoxdur. İkinci yeri 24,5% ilə adanın müstəqilliyini müdafiə edən Nalerak partiyası tutub.
Mövsüm
Aznews.az
Son seçkidə birinci olan İnuit Atakatigiti 2005-ci ildən sonra ilk dəfə üçüncü yerə düşüb. Nəşr qeyd edib ki, uzun müddətdir hakim partiyanın məğlubiyyəti sürpriz olub.