- Qərb
- 19:26
- 798
Polşa prezidenti: ABŞ bizim torpağımızda nüvə silahı yerləşdirməlidir

Avropa ölkəsindən maraqlı müraciət...
Polşa prezidenti Anjey Duda Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində diqqətçəkən açıqlamalar verib.
Rusiyanı mümkün hücumdan çəkindirmək üçün ABŞ-nin ölkəsində nüvə silahı yerləşdirməsini istəyən Duda bu istəyini bir neçə həftə əvvəl Varşavaya səfər edən ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa da çatdırdığını bildirib.
1999-cu ildə NATO sərhədlərinin şərqə doğru genişləndiyini xatırladan Duda, "Ona görə də 26 ildən sonra NATO-nun infrastrukturu da şərqə doğru dəyişməlidir. Bu mənim üçün aydındır. Düşünürəm ki, bu silahlar artıq burada olsaydı, daha təhlükəsiz olardı", - deyə qeyd edib.
Rusiyanın 2023-cü ildə nüvə başlıqlarını Belarusda yerləşdirdiyini xatırladan Polşa prezidenti Rusiyanın bu məsələdə bir an belə tərəddüd etmədiyini və heç kimdən razılıq istəmədiyini bildirib.
Duda 2022-ci ildə ABŞ prezidenti Co Bayden administrasiyasına oxşar təkliflə çıxış edib, lakin bu təklif ABŞ tərəfindən qəbul edilməyib.
Mövsüm
Aznews.az