• Qərb
  • 13 Mart 21:01
  •  1 205

Zelenski Türkiyə ilə Azad Ticarət Sazişini ratifikasiya etməyə hazır olduqlarını bildirib

Ukrayna prezidenti Volodmir Zelenski Türkiyə ilə Azad Ticarət Sazişini ratifikasiya etməyə hazır olduqlarını açıqlayıb.

Zelenski sosial media hesabından verdiyi açıqlamada Kiyevdə kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, ticarət naziri Ömer Bolat və türk iş dünyasının nümayəndələrini qəbul etdiyini bildirib.

Sözügedən görüşün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla son görüşlərinin nəticəsi olaraq keçirildiyini bildirən Zelenski, "Türk iş dünyasının Ukraynada olması vacibdir" deyib.

Zelenski bildirib ki, görüş zamanı Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması üçün səylər, Türkiyə ilə Ukrayna arasında əlaqələrin inkişafı, müxtəlif tipli pilotsuz uçuş aparatlarının (PUA) istehsalı sahəsində əməkdaşlıq imkanları və türk şirkətlərinin Ukraynanın yenidən qurulmasında iştirakı müzakirə olunub.

Zelenski Ukrayna ilə Türkiyə arasında azad ticarət müqaviləsini təsdiqləməyə hazır olduqlarını ifadə edərək, “Ölkəmiz Türkiyəni həm strateji tərəfdaşlarından, həm də təhlükəsizlik zəmanəti tərəfdaşlarından biri kimi görür və Prezident Ərdoğanın qarşıdakı səfəri zamanı Türkiyə ilə Azad Ticarət Sazişini təsdiqləməyə hazırdır", - deyə vurğulayıb.

Mövsüm

Aznews.az