- Qərb
- 13 Mart 21:58
- 1 477
Almaniyanın xarici işlər naziri Burbok G7 ölkələrini Putinə qarşı birləşməyə çağırıb

Almaniya Xarici İşlər Naziri Annalena Burbok, G7 Xarici İşlər Nazirləri Toplantısı üçün Kanadaya getməzdən əvvəl verdiyi yazılı açıqlamada, G7 ölkələrinin xarici işlər nazirlərinin fikir mübadiləsi aparmasının vacib və zəruri olduğunu bildirib.
Burbok qeyd edib ki, Putinin Ukraynada müharibə məqsədlərinə çata bilməməsi ilk növbədə ukraynalıların cəsarəti və G7 ölkələrinin dəstəyi ilə bağlıdır:
"Sülhə gedən yol güc və birlikdən keçir. Bu, Putinin anladığı dildir",-deyə Burbok bildirib.
Burbok k bildirib ki, G7 ölkələri əməkdaşlığın sabitlik və təhlükəsizlik gətirdiyinə dair aydın mesaj verib.
Bu kontekstdə avropalıların güclü və etibarlı tərəfdaş olduğunu vurğulayan alman nazir, "Gələcəkdə Avropada təhlükəsizliyimiz və müdafiəmiz üçün daha çox işlər görəcəyik",- deyə əlavə edib.
Mövsüm
Aznews.az