• Qərb
  • 14 Mart 13:21
  •  288

Finlandiya məhkəməsi rusiyalı Tordenə ömürlük həbs cəzası verib

Finlandiya məhkəməsi Rusiya vətəndaşı Vojislav Tordeni (Yan Petrovski) 2014-cü ildə Ukraynada hərbi cinayətlər törətməkdə ittiham edərək ömürlük həbs cəzasına məhkum edib.

Bu barədə Yle nəşri məlumat yayıb .

“Prokuror 2014-cü ildə Ukraynanın şərqində törətdiyi hərbi cinayətlərə görə Tordenə ömürlük həbs cəzası istəyib”, - məlumatda deyilir.

Eyni zamanda, Tordenin vəkili Natalia Malygina RİA Novosti ilə söhbətində müdafiə tərəfinin hökmdən apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Mövsüm

Aznews.az