• Qərb
  • 14 Mart 15:59
  •  551

Bloomberg: ABŞ sakitcə Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

ABŞ administrasiyası yeni məhdudiyyətlər tətbiq etmədən və rəsmi açıqlamalar vermədən Rusiyaya qarşı sanksiyaları “sakitcə” gücləndirib.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, Amerika hakimiyyəti bir sıra Rusiya banklarına aid olan lisenziyaların müddətini yeniləməyib.

Bildirilib ki, bu səbəbdən xarici neft treyderləri və neft emalı müəssisələri Rusiya Federasiyasından olan şirkətlərə ödəniş etməkdə çətinliklərlə üzləşə bilərlər.

Mövsüm

Aznews.az