Kanada Aİ ilə ABŞ-nin tarif artımlarına qarşı cavab tədbirləri müzakirə edir

Kanada Avropa İttifaqı (Aİ) ilə ABŞ-nin idxal olunan mallara rüsumları artırmasına qarşı cavab tədbirlərini müzakirə edib.

Bu barədə ölkənin xarici işlər naziri Melani Coli jurnalistlərlə söhbəti zamanı bildirib.

"Aİ əks tariflər tətbiq edərkən mən avropalılarla məlumat mübadiləsi üçün işləyirdim",-deyə o, qeyd edib.

O, həmçinin əlavə edib ki, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflər amerikalılara mənfi təsir göstərəcək. Tariflərin artırılması xərclərin artmasına və inflyasiyaya səbəb olacaq.

Mövsüm

Aznews.az