- Qərb
- 20:08
- 802
FT: Aİ Macarıstanın səsvermə hüququndan məhrum edilməsini müzakirə edir

Avropadakı rəsmilər Budapeştin Rusiyaya qarşı sərt mövqeyinə görə Macarıstanın səsvermə hüququndan məhrum edilib-edilməyəcəyini yenidən müzakirə etməyə başlayıblar, çünki bu ölkə Avropa İttifaqının (Aİ) Moskvaya yönələn birgə qərarlarına mane ola bilər.
Bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti məlumat yayıb .
“Bir çox məmur prosedurun tətbiqi imkanlarını bir daha açıq şəkildə müzakirə edirlər. Eyni zamanda onlar belə bir addımın siyasi problemləri və nəticələrini yaxşı bilirlər”, - məqalədə qeyd olunur.
FT bildirib ki, bu, üzv dövləti səsvermə hüququndan məhrum etmək üçün ən ekstremal tədbirdir. Qeyd olunur ki, Budapeştin növbəti səsvermədə Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılmasını dəstəkləməyəcəyi təqdirdə Macarıstanın səsvermə hüququndan məhrum edilməsi ehtimalı daha da artacaq.
Mövsüm
Aznews.az