ABŞ-da ikinci təyyarə qəzası: Şimali Karolinada şəxsi təyyarə qəzaya uğrayıb

ABŞ-nin Şimali Karolina ştatında, Pitt-Qrinvil hava limanı yaxınlığında şəxsi təyyarə qəzaya uğrayıb.

Polis qrupları qəza yerində insan qalıqlarının tapıldığını təsdiqləyib.

ABŞ Federal Aviasiya Təşkilatı (FAA) düşən təyyarədə iki nəfərin olduğunu təsdiqləyib, Səlahiyyətlilər, sağ qalanların olmadığını qeyd edib.

Qəza səbəbiylə şimal memorial yolu axşam saat 19.00-a qədər yerli vaxta bağlanacağı açıqlanıb.

Hadisənin ətraflı müayinəsi üçün Milli Nəqliyyat Təhlükəsizlik Şurası (NTSB) və FAA rəsmiləri hadisə yerinə sövq edilib.

Mövsüm

Aznews.az