- Qərb
- 14 Mart 22:25
- 1 636
Rubio: Putin və Vitkoff dünən çox müsbət görüş keçirdilər

ABŞ Rusiyanın Ukrayna ilə bağlı danışıqları gecikdirməyə çalışdığını iddia etmək niyyətində deyil , əksinə, irəliyə doğru hərəkət olduğuna inanır.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
"Biz dünənin prezident Putin və xüsusi elçi [Stiven] Vitkoff arasında çox müsbət və məhsuldar görüş olduğunu düşünürük ", - deyə Rubio qeyd edib.
Dövlət katibi həmçinin ümid etdiyini bildirib ki, bu həftəsonu Amerika tərəfi Rusiyanın mövqeyini daha yaxından öyrənəcək və ABŞ prezidenti Donald Tramp növbəti addımların necə olacağını müəyyən edəcək.
Mövsüm
Aznews.az