- Qərb
- 17 Mart 20:14
- 1 865
Fiko Ukrayna ərazisindən qaz tranzitinin bərpasına çağırır

Slovakiyanın baş naziri Robert Fiko Ukrayna ərazisindən qaz tranzitinin bərpasının lehinə danışıb .
O, bu barədə Facebook sosial şəbəkəsindəki səhifəsində müvafiq yazı dərc edib.
O qeyd edib ki, Slovakiya hökumətinin ofisində Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri ilə görüşüb.
"İlk növbədə, mən vurğuladım ki, Ukrayna ərazisindən qaz tranziti olmadan Avropa heç vaxt rəqabətədavamlı olmayacaq və Slovakiya Respublikası bu tranziti bərpa etmək üçün diplomatik hücumunu davam etdirəcək", - Slovakiyanın baş naziri yazıb.
Mövsüm
Aznews.az