- Qərb
- 17 Mart 22:04
- 2 025
Fransa ABŞ-dən Azadlıq heykəlini qaytarmağı tələb edir

Ukrayna-Rusiya müharibəsi ABŞ və Fransa arasında fikir ayrılığına səbəb olub...
Fransa ilə ABŞ arasında münasibətlər pozulduğu zaman fransız siyasətçi maraqlı bir tələblə çıxış edib.
Ukraynanın qatı müdafiəçilərindən olan fransız siyasətçi Rafael Qlüksman partiyasının qurultayındakı çıxışında ABŞ-ni tənqid edərək, onun dəyərlərə münasibətinin dəyişdiyini deyib.
"Azadlıq heykəlini bizə geri verin" deyən Qlüksman AFP-nin verdiyi məlumata görə, " Biz zalımların tərəfini seçən, elmi azadlıq tələb edən tədqiqatçıları işdən çıxaran amerikalılara deyəcəyik: "Bizə Azadlıq Heykəlini geri verin",- deyə qeyd edib.
Çıxışı boyu qəzəblə qaynayan fransız siyasətçi "Bunu sizə hədiyyə etmişik, amma deyəsən, nifrət edirsiniz. Ona görə də o, evində yaxşı olacaq" deyib.
Mövsüm
Aznews.az