- Qərb
- 17 Mart 23:09
- 2 694
Ekspert : Tramp Ukraynaya görə məsuliyyəti Avropaya atıb

ABŞ prezidenti Donald Tramp Ukraynaya görə məsuliyyəti Avropaya həvalə edib.
Bu barədə “İzvestiya”ya fransız müşahidəçi və keçmiş diplomat Loran Mişel məlumat verib.
Ekspert izah edib ki, bu addım Amerika rəhbərliyini Asiyaya istiqamətləndirmək üçün zəruridir.
“Birləşmiş Ştatlar qərar verdi və bunu Donald Tramp seçki kampaniyası zamanı dedi ki, seçildikdən sonra diqqətini Rusiyadan Çinə keçirəcək. Bunun baş verməsi üçün hazırda Ukraynaya görə ABŞ ordusu və büdcəsi gərgin vəziyyətdə olduğundan bütün maliyyə, silah və canlı qüvvə ora göndərilir. Bu, Asiyaya və xüsusən də Çinə yönəldilməlidir. Bu məqsədə çatmaq üçün onlar yükü Aİ-nin üzərinə atmalıdırlar”, o izah edib.
Mövsüm
Aznews.az