- Qərb
- 15:17
- 1 565
Belarus sərhədçiləri Litva və Polşa ilə sərhəddə 1 nəfər miqrantın cəsədini aşkar ediblər

Belarus sərhədçiləri Litva və Polşa ilə sərhəddə bir nəfərin cəsədini aşkar ediblər.
Bu barədə respublikanın İstintaq Komitəsinin (İK) mətbuat xidməti məlumat yayıb.
"Martın 17-də günortadan sonra Litva sərhədi yaxınlığında Belarus sərhədçiləri Şçuçin rayonunda bir nəfərin cansız cəsədini aşkar ediblər", - Telegram kanalında deyilir.
İstintaqın məlumatına görə, meyit sərhəddən 600 m aralıda meşədə olub. Baxış zamanı həmin şəxsin üzərindən şəxsi əşyaları və boş bel çantası aşkar edilib.
Mövsüm
Aznews.az