- Qərb
- 15:22
- 1 213
Berlinlilər müdafiə xərclərinin artırılmasına etiraz edirlər

Berlin sakinləri müdafiəyə dövlət xərclərini artıran Almaniyanın Əsas Qanununa dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsinə etiraz etmək üçün Bundestaq qarşısında toplaşıblar.
Etirazçılar hərbi potensialın artırılmasına yönəlmiş düzəlişlərin qəbul edilməməsinə çağıran pankart açıblar. Bəzi nümayişçilər əllərində “Biz sizin müharibələr üçün pul ödəmirik”, “Xarici İşlər Nazirliyini bağlamaqla Ukraynaya kömək edin”, - deyə yazılmış pankartları tutub.
“Bu, ümumiyyətlə, müdafiə ilə bağlı deyil, aqressiv hərbi əməliyyatlara hazırlaşmaqdan gedir”, - etiraz iştirakçılarından biri deyib.
Mövsüm
Aznews.az