- Qərb
- 18 Mart 22:01
- 1 359
Rusiya İlon Maskla kosmik əməkdaşlığı müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev yaxın vaxtlarda İlon Maskla kosmosda əməkdaşlıqla bağlı danışıqlar aparacağını bildirib.
Rusiya Birbaşa İnvestisiya Fondunun prezidenti olan Dmitriyev paytaxt Moskvada jurnalistlərə açıqlama verib.
Rusiyanın Ukraynadan qat-qat çox nadir torpaq elementlərinə sahib olduğuna diqqət çəkən Dmitriyev, "Bu mövzuda ABŞ və digər ölkələrlə əməkdaşlıq edə bilərik. Bəzi nadir torpaq elementləri ehtiyatlarını araşdırırıq və onlar olduqca perspektivlidir" deyib.
Dmitriyev sözügedən ehtiyatların işlənilməsi üçün müəyyən texnologiyaların tələb olunduğunu və bu məsələdə ABŞ ilə əməkdaşlığa açıq olduqlarını bildirib.
ABŞ ilə kosmos sahəsində də əməkdaşlıq edə biləcəklərini açıqlayan Dmitriyev, "Yaxın vaxtlarda bu mövzuda Mask ilə görüşəcəyik. Maskın bəşəriyyəti inkişaf etdirməyə çalışan bənzərsiz bir lider olduğuna inanırıq",-deyə vurğulayıb.
Fevralın 21-də Putin ölkənin ən böyük banklarından biri olan "Qazprombank"a iş adamı Maskla əməkdaşlıq etməyi tapşırıb.
Mövsüm
Aznews.az