• Qərb
  • 18 Mart 22:05
  •  1 549

Polşa Belarusla sərhəddə miqrantlara qarşı kobud rəftarda ittiham olunur

Polşa sərhədçiləri Belarusla sərhəddə miqrantlara qarşı həddindən artıq güc tətbiq edir.

Bu barədə "Oxfam və Egala" hüquq müdafiə təşkilatlarına istinadən Politico məlumat yayıb .

Onların sözlərinə görə, polşalı sərhədçilər sığınacaq axtaranları döyür, rezin güllələrlə vurur, lüt soyundurur və üstünə itləri salır. Hamilə qadınlara tibbi yardım göstərməkdən imtina halları da məlumdur.

Hüquq müdafiəçiləri Avropa İttifaqının (Aİ) hakimiyyət orqanlarını Polşa tərəfindən Avropa qanunvericiliyinin pozulması hallarını araşdırmağa çağırıblar.

Mövsüm

Aznews.az