• Qərb
  • 19 Mart 21:34
  •  846

Virciniya ştatında MKİ binası polislər tərəfindən mühasirəyə alınıb

Virciniya ştatının Langley şəhərində onlarla polis əməkdaşı MKİ qərargahının yaxınlığında naməlum silahlı şəxsin olması səbəbindən binanı mühasirəyə alıb.

Bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, hadisə şahidləri əvvəlcə atışma olduğunu bildirsələr də, sonradan hüquq-mühafizə orqanları bu məlumatı təkzib edərək, atəş açılmadığını və insident zamanı xəsarət alan olmadığını bildiriblər.

Qərargahın girişinin polis, hərbçilər və yanğınsöndürən maşınlar tərəfindən bağlandığı, bununla əlaqədar sakinlərə yolun bağlanacağı ilə bağlı xəbərdarlıq edildiyi bildirilir.

Mövsüm

Aznews.az