• Qərb
  • 19 Mart 21:41
  •  1 280

Macarıstanda LGBTİ əleyhinə qanun: Qürur yürüşləri qadağan edildi

Macarıstan parlamenti tərəfindən qəbul edilən yeni anti-LGBTQ+ qanununa əsasən qürur yürüşləri qadağan edilib və hakimiyyət orqanlarına üz tanıma proqramından istifadə edərək bu cür tədbirlərin iştirakçılarını müəyyən etmək səlahiyyəti verilib.

Parlamentdə keçirilən səsvermədə qanun 27 əleyhinə 136 səslə təsdiqlənib.

Macarıstan lideri Viktor Orbanın Fides Partiyası və azlıq koalisiyasının ortağı Xristian Demokratlar tərəfindən dəstəklənən qanun layihəsi sürətləndirilmiş prosedur altında müzakirə edildikdən sonra cəmi bir gün ərzində parlament tərəfindən qəbul edilib.

Yeni qanun Macarıstanın toplantı qanununa düzəlişlər edərək, ölkənin mövcud uşaqların müdafiəsi qanunlarına zidd olan tədbirlər təşkil etməyi və ya iştirak etməyi cinayət hesab edir.

Macarıstanda uşaqların müdafiəsi qanunu 18 yaşından kiçik şəxslərə homoseksuallığın “nümayişini və ya təbliğini” qadağan edir.

Mövsüm

Aznews.az