• Qərb
  • 19 Mart 21:45
  •  871

İspaniyada daşqınlar nəticəsində 2 nəfər ölüb

Dünən İspaniyanın cənubunu vuran "Laurens" qasırğası güclü yağış və daşqınlara səbəb olub .

Əndəlus bölgəsinin Sevilya şəhərində sel sularının apardığı avtomobildə olan iki nəfərin cansız bədəninin tapıldığı bildirilib.

Kordobada isə bazar ertəsindən bəri bir nəfərin itkin düşdüyü və axtarışların davam etdiyi öyrənilib.

Malaqadakı Qvadalhors və Kampanillas çayları güclü yağışdan sonra daşaraq küçə və prospektləri su altında qoyub.

Daşan çayların ətrafındakı ərazilərdə məktəblər bağlanıb və təcili yardım xidmətləri 370-ə yaxın evi təxliyə edib.

Evlərində sıxışan şəxslər qruplar tərəfindən xilas edilib. Nəqliyyat Baş İdarəsindən verilən məlumata görə, leysan yağışlar səbəbindən ümumilikdə 52 yol nəqliyyatın hərəkətinə bağlanıb.

“Martinyo” qasırğasının sabah İspaniyaya güclü yağış gətirəcəyi gözlənilir.

Mövsüm

Aznews.az