- Qərb
- 22 Mart 11:16
- 1 377
Nyu-Meksikoda parkda atışma nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb

ABŞ-nin Nyu-Meksiko ştatının Las Kruss şəhərindəki parkda atışma baş verib, nəticədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Bu barədə "CBS4 Local" məlumat yayıb .
"Las-Krucesdəki Gənc Parkda çoxlu atəş qurbanı olub", - məlumatda deyilir.
Hadisə zamanı yaralananların dəqiq sayının hələlik məlum olmadığı bildirilir. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları işləyir. Hadisənin baş vermə səbəbləri də araşdırılır.
Mövsüm
Aznews.az