- Qərb
- 22 Mart 17:30
- 2 719
Estoniya Ukraynanın tələbi 100 milyon avro dəyərində hərbi texnika təhvil verəcək

Ukrayna hakimiyyəti Estoniyaya 100 milyon avro dəyərində arzu olunan hərbi texnikanın siyahısını təqdim edib.
Bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün Ukrayna rəsmi olaraq Estoniyaya hərbi yardımın istək siyahısını təqdim etdi, Estoniya dövləti indi təcili olaraq yerli müdafiə sənayesindən alacaq", - vebsaytda deyilir.
Qeyd olunur ki, təchizat siyahısına pilotsuz uçuş aparatları və pilotsuz yerüstü aparatları, su gəmiləri, həmçinin Estoniyanın müdafiə şirkətlərinin təklif etdiyi tibbi avadanlıq və ləvazimatlar daxildir.
Mövsüm
Aznews.az