• Qərb
  • 22 Mart 21:07
  •  2 800

CNN: ABŞ yeni "Qızıl Qübbə" Raketdən Müdafiə Sistemini inkişaf etdirir

Birləşmiş Ştatlar uzaq mənzilli raketlərdən qorunmaq üçün təcili olaraq “Qızıl Qübbə” adlı yeni Raket Əleyhinə Müdafiə Sistemi (ABM) hazırlayır.

Bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Məqalədə deyilir: “ABŞ ordusu ölkəni uzaqmənzilli raket zərbələrindən qoruya biləcək “Qızıl Qübbə” adlı müdafiə sistemi hazırlamağa çalışır.

Qeyd olunur ki, “Qızıl qübbə” İsrailin “Dəmir günbəz”inin analoqudur. Telekanalın məlumatına görə, Ağ Ev ABŞ prezidenti Donald Trampın əsas müdafiə prioritetlərindən biri olan bu layihənin həyata keçirilməsinə xərcləri məhdudlaşdırmamaq barədə göstəriş verib.

Mövsüm

Aznews.az