“Ermənistan və Azərbaycan sülh sazişinin yekun mətni üzərində razılığa gəliblər. Ümid edirəm ki, o, tezliklə imzalanacaq və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək edəcək”, o bildirib.
İsrailin Qəzzada çoxlu sayda insanın ölümü və yaralanmasına səbəb olan intensiv bombardmanlarının yenidən başlamasından kədərləndiyini vurğulayan Papa bunları deyib:
“Gəlin müharibələrin sona çatması və sülh üçün, xüsusən də uzun müddət əziyyət çəkən Ukrayna, Fələstin, İsrail, Livan, Myanma, Sudan və Konqo Demokratik Respublikasında birlikdə dua edək.”.