- Qərb
- 24 Mart 10:10
- 1 566
Bir sıra Avropa ölkələrində qeyri-binar vətəndaşlara ABŞ-ə səfərlə bağlı xəbərdarlıq edilib

Bəzi Avropa ölkələrində transseksual və qeyri-binar vətəndaşlardan ABŞ prezidenti Donald Trampın federal hökumətin yalnız iki cinsi tanımasını tələb edən fərmanı ilə əlaqədar ABŞ-ə səfər planlaşdırarkən diqqətli olmağa çağırılıb.
Bu barədə "Axios" portalı məlumat yayıb .
"Finlandiya, Danimarka və Almaniya federal hökumətdən yalnız iki cinsin: kişi və qadının tanınmasını tələb edən sərəncama uyğun olaraq, ABŞ-ə giriş istəyən transgender və qeyri-binar səyahət edənlər üçün ehtiyatlı planlaşdırma aparmağa çağırıb", - nəşr yazır.
Təlimatlara edilən dəyişikliklər bir neçə ölkənin vətəndaşları ABŞ immiqrasiya orqanları tərəfindən turist vizası ilə bağlı məsələlərə görə saxlanıldıqdan sonra edilir.
Mövsüm
Aznews.az