- Qərb
- 24 Mart 13:35
- 3 494
FT: ABŞ-nin Avropa və Asiyadakı müttəfiqləri öz nüvə silahlarını yarada bilər

ABŞ-nin Avropa və Asiyadakı müttəfiqləri öz nüvə silahlarını nəzərdən keçirirlər.
Bu barədə "Financial Times" (FT) məlumat yayıb.
“ Tramp fenomeni ABŞ-nin müttəfiq ölkələrində nüvə silahının Amerikanın etibarsızlığı problemini kökündən həll edəcəyi ilə bağlı fikirlərin səsləndirilməsi üçün güclü təkan verdi”, - nəşr yazır.
Nəşrin məlumatına görə, nəzərdən keçirilən ölkələr arasında Almaniya, Cənubi Koreya və Yaponiya var. Bu dövlətlərin hər biri ən qısa müddətdə nüvə silahı hazırlamağa qadirdir. Bununla belə, Berlin və Tokioda müzakirələr çox dar çərçivədə aparılır, çünki ölkələr İkinci Dünya Müharibəsinin nəticələrini nəzərə alaraq öz reputasiyaları üçün mənfi nəticələrdən ehtiyat edirlər.
Mövsüm
Aznews.az