• Qərb
  • 24 Mart 19:40
  •  2 280

ABŞ Venesueladan neft və qaz alan ölkələrə rüsum tətbiq edəcək

ABŞ aprelin 2-dən etibarən Venesueladan neft və qaz alan ölkələrə 25% rüsum tətbiq edəcək.

Bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Bütün sənədlər imzalanacaq və qeydiyyata alınacaq və tarif Amerikanın azad edildiyi gün, 2 aprel 2025-ci ildə qüvvəyə minəcək", o, Truth Socia sosial şəbəkəsində yazıb.

Amerika lideri qeyd edib ki, Venesuela qəsdən və fırıldaq yolu ilə on minlərlə cinayətkarı ABŞ-yə göndərib ki, bu da rüsumların tətbiqinin səbəblərindən biridir.

Mövsüm

Aznews.az