- Qərb
- 25 Mart 15:33
- 1 207
Çexiyada sursat anbarında partlayış baş verib

İdnes xilasedicilərə istinadən xəbər verir ki, Çexiyanın şərqindəki Boriny şəhəri yaxınlığındakı “Policke strojirny” şirkətinin silah-sursat anbarında partlayış baş verib, ən azı bir nəfər xəsarət alıb.
Artıq hadisə yerinə yanğınsöndürənlər və istehkamçılar da daxil olmaqla 11 xilasetmə qrupunun gəldiyi dəqiqləşib.
Anbar iriçaplı döyüş sursatları istehsal edən, hərbi texnikanın təmiri və ehtiyat hissələrinin tədarükü ilə məşğul olan zavodun yanında yerləşir.
Mövsüm
Aznews.az