- Qərb
- 25 Mart 18:21
- 1 676
Frederiksen: Qrenlandiya və Danimarkaya təzyiq göstərmək yolverilməzdir

ABŞ nümayəndə heyətinin Qrenlandiyaya gözlənilən səfəri təzyiq formasıdır və bu, qəbuledilməzdir.
Danimarkanın baş naziri Mette Frederiksen bu barədə TV2 telekanalına müsahibəsində bildirib .
"Bu, açıq şəkildə Qrenlandiyanın ehtiyac duyduğu səfər növü deyil. Ona görə də deməliyəm ki, bu vəziyyətdə Qrenlandiya və Danimarkaya təzyiq göstərmək yolverilməzdir", - Frederiksen bildirib.
Siyasətçi həmçinin qeyd edib ki, bu təzyiqə “müqavimət göstərmək lazımdır”.
Mövsüm
Aznews.az