• Qərb
  • 25 Mart 18:23
  •  1 212

Tramp məhkəməyə verildi

ABŞ-nin böyük müəllimlər həmkarlar ittifaqı və Rəngli İnsanların İnkişafı üzrə Milli Assosiasiyanın (NAACP) vətəndaş hüquqları qrupları Təhsil Departamentini ləğv etmək qərarına görə ABŞ prezidenti Donald Tramp administrasiyasına qarşı iddia qaldırıb.

Bu barədə Reuters agentliyi məlumat yayıb .

“Trump Administrasiyası bu mühüm agentliyi bağlamaq niyyətini dəfələrlə bəyan edib, ən son 20 mart 2025-ci il tarixli sərəncamla”, - məhkəmədə verilən bəyanatda deyilir.

İki iddia qaldırıldı: biri Milli Təhsil Assosiasiyası (NEA) və Merilend ştatındakı NAACP tərəfindən, digəri isə Massaçusets federal məhkəməsində Amerika Müəllimlər Federasiyası (AFT) tərəfindən.

Mövsüm

Aznews.az