- Qərb
- 25 Mart 18:25
- 1 181
Avropa Komissiyası nadir metalların çıxarılması üçün 47 strateji layihə müəyyən edib

Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) enerji keçidi və təhlükəsizliyi üçün 17 kritik materialdan 14-nün istehsalının artırılmasına yönəlmiş 47 strateji layihənin siyahısını təsdiqləyib.
Bu barədə AK-nin saytındakı press-relizdə deyilir.
Siyahı 2023-cü ildə qəbul edilmiş Kritik Xammal Aktının icrası çərçivəsində hazırlanıb. Sənədə əsasən, Aİ 2030-cu ilə qədər hasilatın 10%-ni, emalın 40%-ni və bu resurslara olan tələbatının 25%-ni təmin etməyi planlaşdırır.
Siyahıya akkumulyatorlarda, külək turbinlərində və elektrik avtomobillərində istifadə olunan alüminium, mis, nikel, litium və nadir torpaq elementləri daxildir.
Mövsüm
Aznews.az