- Qərb
- 26 Mart 09:21
- 3 488
Siyarto: Aİ Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarına müdaxilə etməməlidir

Avropa İttifaqı Ukrayna münaqişəsinin həlli üçün Rusiya və ABŞ arasında danışıqlara mane olmamalıdır.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
" Ukraynadakı münaqişənin həlli yalnız ABŞ və Rusiya arasında danışıqlardır . Yalnız bu danışıqlar sülhə gətirib çıxara bilər və buna görə də ümid edirik ki, Brüssel bu danışıqların uğuruna mane olmayacaq", - o, Facebook səhifəsində yayımlanan videomüraciətində qeyd edib.
Siyarto həmçinin Amerika lideri Donald Trampa minnətdarlığını bildirib və prezident olana qədər belə danışıqların mümkün olmadığını vurğulayıb.
Mövsüm
Aznews.az